Vitse spiker fəxri sədr oldu
Sentyabr 09
17:49
2020
Azərbaycan Kikboksinq Federasiyasının İdarə Heyətinin onlayn konfransı keçirilib.
Federasiyadan verilən məlumata görə, iclasda Əliyev Orxan Sədrəddin oğlu federasiyanın yeni prezidenti seçilib. Federasiyanın keçmiş prezidenti, Milli Məclisin vitse-spikeri Adil Əliyev isə qurumun fəxri sədri seçilib.
Adil Əliyev yeni prezidentə inandığını bildirib və gələcək fəaliyyətində uğurlar arzulayıb.
Orxan Əliyev isə ona göstərilən etimada görə təşəkkürünü ifadə edib və bu etimadı doğruldacağına söz verib:
"Azərbaycan Kikboksinq Federasiyasının prezidenti seçilmək mənim üçün qürurvericidir. Amma eyni zamanda kifayət qədər ciddi və məsuliyyətli bir yükün altına girməyimin fərqindəyəm. Mənə göstərilən etimadı doğrultmağa, federasiyanı daha da irəli aparmağa çalışacağam. Azərbaycan Kikboksinq Federasiyası ölkədə idmana töhfə verməyə davam edəcək”.