"Vulkanın səsi" Əl-Cəzirədə
Noyabr 24
10:36
2015
Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə "Azanfilm” studiyasında çəkilmiş "Vulkanın nəfəsi” sənədli filmi Qətərin Doha şəhərində keçiriləcək Əl-Cəzirə Beynəlxalq Sənədli Filmlər Festivalının müsabiqə proqramına dəvət alıb.
23 dəqiqəlik film Azərbaycandakı palçıq vulkanlarından bəhs edir. Yer üzərindəki 2000 palçıq vulkanından 400-ə yaxını Azərbaycan ərazisindədir. Palçıq vulkanlarının dünyada ən çox cəmləşdiyi yer məhz Azərbaycandır. Palçıq vulkanları Azərbaycanın milli sərvəti kimi dəyərləndirilir və xüsusi mühafizə olunan ərazilər siyahısındadır.
"Vulkanın nəfəsi” sənədli filmi Azərbaycandakı palçıq vulkanlarının sirli aləminə səyahət edir. Filmin rejissoru Adil Azay, ssenari müəllifi Tofiq İsmayılov, operatoru Yuriy Varnovskiy, prodüseri Fariz Əhmədovdur.
Qeyd edək ki, 26-29 noyabr 2015-ci il tarixlərində keçiriləcək festivalda filmin rejissoru Adil Azay iştirak edəcək.