Vurulan obyektlər başqa planetdən gəliblər?
Fevral 14
09:47
2023
Şimali Amerika hava-hücumundan müdafiə (HHM - «NORAD») komandanlığının başçısı Qlen van Xerk istisna etmir ki, son günlər ABŞ-ın hava məkanında vurulmuş uçan obyektlər qeyri-Yer mənşəli ola bilərlər, amma qeyd edib ki, yekun rəyi bu obyektlər üçün kəşfiyyat xidmətləri verməlidir.
Jurnalistlərdən biri qeyd edib ki, bu məsələ ilə Amerika ictimaiyyəti aktiv şəkildə maraqlanır. «Sualınıza görə, sağ olun. Mən, kəşfiyyata və əks-kəşfiyyata imkan yaradacam ki, bu məsələ barədə rəy versinlər. Şəxsən mən, indiki mərhələdə heç bir versiyanı istisna etmirəm» - yüksək məqamlı hərbçi deyib.
Komandanlıq başçısının sözlərinə görə, Amerika hərbçiləri hələ ki, müəyyən etməyiblər, şimalda vurulmuş uçan aparat havada nəyin hesabına qalırmış və əmin deyil ki, söhbət hava şarından gedir.
«Mən, o halda deyiləm ki, onların havada qalması səbəbini izah edəm. Mümkündür ki, konstruksiyanın daxilində qazla doldurulmuş şar və ya bu və ya başqa tipli mühərrik qurğusu olub. Amma açıq görünür k, onlar havada qalıblar» - van Xerk qeyd edib.