SON XƏBƏR

Xaçatryandan sonra kimlər həbs olunacaq? - Bakının məxfi siyahısı

Avqust 01
11:17 2023
1991-ci ildə Meşəli kəndində mülki azərbaycanlıları qətlə yetirən Vaqif Xaçatryanın Laçın postundan Ermənistana keçmək istəyərkən sərhədçilərimiz tərəfindən saxlanılması və həbs edilməsi Xocalı soyqırımının iştirakçılarının, ümumilikdə I Qarabağ müharibəsində qətliamçıların ədalət qarşısına çıxarılması prosesinin başlanması hesab edilə bilər.

Bu qatillərin adları bəllidir, lakin onları iki kateqoriyaya ayırmaq olar.

Birincilər, adları ictimaiyyətə məlum olanlardır: bura Robert Koçaryan, Serj Sarkisyan da daxil olmaqla Ermənistanın hərbi-siyasi rəhbərliyində olmuş şəxslər, - o cümlədən, Qarabağdakı separatçı rejimin rəhbərliyidir;

İkincilər, adları ictimaiyyətə məlum olmayan, Azərbaycan dövlətinin müvafiq qurumlarına məlum olanlardır: Vaqif Xaçatryan belə qatillərdən yalnız biridir;

Bu qatilin həbs edilməsi Sarkisyan və Koçaryan da daxil olmaqla əli azərbaycanlıların qanına batmış, soyqırımılar törətmiş digər qatillərin də cəzalandırılacaqlarına əminlik yaradır.

Xaçatryanın həbs edilməsi ötən ay erməni mediasında gündəmə gələn iddianı yada salır. Ermənib mənbələr iddia edirdi ki, Azərbaycanın əlində hazırda Qarabağda qalmış 500 erməni hərbçinin adının daxil edildiyi siyahı var. Siyahıda adı olanlar azərbaycanlılara qarşı soyqırımılarda iştirak edənlər, eləcə də 44 günlük müharibədə döyüşənlərdir. Siyahıya bir çox erməni general və komandir də daxildir. Bu şəxslər Laçın postundan keçmək istəsə, həbs olunacaqlar, Xaçatryan həbs olunduğu kimi. Separatçıların keçmiş "müdafiə naziri”, hazırda Xankənində qalan Samvel Babayan da bu iddianı təsdiq edib, lakin o siyahının 300 nəfərdən ibarət olduğunu bildirib. Qeyd edib ki, həbs olunacaqlar siyahısında onun da adı var.

Hərçənd, həbs cəza növlərindən biridir, digər cəza növlərinin olması da istisna edilməməlidir. Misal üçün, soyqırımı aktlarına komandirlik edənlərin xüsusi əməliyyatla zərərsizləşdirilməsi mümkündür.

Müəllif: Asif Nərimanlı
 
Mənbə: Qaynarinfo



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook