Xalik Məmmədovun qohumunun şirkətinin külli miqdarda borcu yarandı – İcra hakimiyyəti ilə pul üstündə mübahisə
Oktyabr 18
11:33
2022
Xəbər verdiyimiz kimi, sakinlərə yarımçıq bina təhvil verdiyi üçün etirazlara səbəb olan "Vesta Construction” MMC-nin külli miqdarda vergi borcu üzə çıxıb.
Qlobal.az 32gun.az-a istinadla xəbər verir ki, tikinti şirkətin bu günə qədər olan borcu 230 min manata yaxındır. (2242291.50 AZN)
Nizamnamə kapitalı 5 AZN olan "Vesta construction” MMC-nin qanuni təmsilçisi Zeynal Fərhad oğlu Zeynalovdur. Sözügedən şirkət 19.10.2012 tarixində dövlət qeydiyyatına alınıb.
Lakin iddiaya görə, "Vesta Construction” şirkətinin əsas sahini Ceyhun Musarza oğlu Quliyev adlı şəxsdir. Həmçinin bildirilir ki, Ceyhun Quliyev SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədovun yaxın qohumudur.
Əldə etdiyimiz digər məlumata görə, sözü gedən şirkətin sahibinin öllkədən çıxışı məhdudlaşdırılır.
Saytımıza verilən digər məlumata görə, "Vesta construction” MMC rəhbərliyi onların şirkətindən mənzil alan və narazı qalan sakinlərin etirazına "Arxamızda Nizami Rayon İcra Hakimiyyəti dayanır” deyə cavab versələr də bu gün həmin arxa-dayaqsız qalıblar.
Belə ki, Nizami rayonu icra hakimiyyəti ilə şirkət arasında mübahisə düşüb. İddiaya görə, mübahisəyə səbəb satışdan əldə olunan gəlirdir.
Məlumat üçün bildirək ki, şirkətin üzün müddətdir dövlətə borcu var. 350 minlik borcdan 120 min ödəyən şirkət dövlətdən möhlət alıb.
Xatırladaq ki, "MY HOME” layihəsi üzrə Nizami rayonu, Şirin Mirzəyev 38 ünvanda tikilən bina ilə bağlı etirazlar var idi. Belə ki, 2019-cu ildə tam təhvil verilməli olan bina yarımçıq qalıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırq.