Xalq artisti: "Efirdə sekslə məşğul olmurlarsa, hələ böyük şeydir…”
Sentyabr 24
21:42
2019
Xalq artisti Şeyx Əbdül Mahmudbəyov müğənni Afaq Aslana efirdə evlilik təklif edən və guya sonradan ürəyi gedən gəncin hərəkətini sərt qınayıb. Ş.Əbdül Moderator.az-a açıqlamasında müvafiq qurumların efirlərimizdəki bu cür ucuz və əttökən şoulara göz yumduğunu deyib.
"Mən deyəndə pis adam oluram, amma yenə də deyəcəm. Əgər televiziya və radioya nəzarət edən qurum və onun səlahiyyəti varsa, onlar bir tədbir görə bilmirlərsə, başqaları neyləyə bilər. Əslində bunu özləri təşkil edib, baş verənlərə də göz yumurlar. Bizim özəl telekanallarımızda "qoyunu qurda tapşırıblar”. Efirlərimizdəki bu cür ucuz şoulara görə həmin adamları məsuliyətə cəlb etmək lazımdır. Bu haqda nə qədər danışmaq olar, bizimki ATƏT-in Minsk qrupunun fəaliyyətinə dönüb, nə qədər danışırıq heç bir xeyri yoxdur.