SON XƏBƏR

Xalq Artisti Fatma Mahmudova: “Bu dəfə komediya olmayacaq”.

Yanvar 16
15:27 2018
Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat xidmətindən bildirilib ki, Xalq Artisti, Prezident təqaüdçüsü Fatma Mahmudova  bu dəfə səhnəyə  tamaşaçıların adət etmədiyi tərzdə, fərqli ampulada, daha ciddi və dramatik bir  obrazda  çıxacaq.
 
Yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” əsərinin məşqləri  zamanı  Xalq Artisti Fatma Mahmudova: "Bu dəfə komediya olmayacaq”  deyə, xüsusi  vurğulayıb. Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin rejissorluğu ilə ərsəyə gələn bu iki hissəli pyesdə Üzeyir Hacıbəylinin qardaşı Ceyhun Hacıbəylinin mühacir həyatından bəhs edilir, Fatma xanım  isə burada nənə (ana) rolunu canlandırır.
 
Əsər Fransada - qürbət eldə  həsrət dolu  yuxularla təskinlik tapan Ceyhun Hacıbəylidən  bəhs etsə də, o ümumilikdə, vətənsiz yaşayan   bütün mühacirlərin ümumiləşdirilmiş obrazıdır.
 
Tamaşada rolları Xalq artisti Fatma Mahmudova ilə yanaşı, Əməkdar artistlər Pərviz Məmmədrzayev, Şövü Hüseynov, Anton Ferştandt, aktyorlar Elçin İmanov, Gülnarə Abdullayeva, Ülviyyə Əliyeva, Nicat Əli, Gülçöhrə Abdullayeva, Nadir Xasıyev, Mehriban Zalıyeva, Firus Məmmədov və Şaban Cəfərov ifa edirlər. Tamaşanın quruluşçu dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, quruluşçu rəssamı Vüsal Rəhimov, quruluşçu baletmeysterləri Əməkdar artist Zakir Ağayev və Yelena Ağayeva, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Səməd Süleymanov, rejissor assistenti Elməddin Dadaşovdur. Tamaşada böyük Üzeyir Hacıbəyli, Soltan Hacıbəyov və Niyazinin musiqilərindən istifadə olunacaq.
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook