SON XƏBƏR

Xalq artisti Ramiz Novruzun qızı ölkəni tərk edir – erməni əsilli stilist üzündən

Avqust 14
19:07 2016
Düşmən nümayəndə ilə baş-başa şəkil çəkdirib, ona böyük rəğbət bəsləməyin...

Artıq bir neçə gündür ki, xalq artisti Ramiz Novruzun stilist qızı Şəfəq Novruzovanın erməni həmkarından ustad dərslər alıb, onunla səmimi fotosunu paylaşması geniş müzakirə olunur. İddialara görə açıq-aşkar erməni əsilli Georgi Kota qarşı olan böyük rəğbətini gizlətməyən, buna görə sosial şəbəkələrdə tənqid və təhqirlərlə üzləşərək, geniş ictimai qınağa tuş gələn stilist olanlara dözməyərək gecə ilə Azərbaycanı tərk edib. Barəsində yayılan şayiələrlə bağlı Ş.Novruzova öz "İnstaqram” səhfəsində açıqlama yayıb. O, qeyd edib ki, yayılan məlumatlar şayiə olsa da, sənətinə, peşəsinə dəyər verilmədiyi üçün tezliklə ölkəni tərk etmək fikrindədir:

"Azərbaycanı, sevdiyim vətənimi, Bakımı bu gecə tərk etdiyim şayiə, yalan olsa da amma nə vaxtsa, gec-tez, bəlkə də yaxın zamanlarda tərk edəcəm. Bu, mənim qəti fikrimdir.

Dostlarım, müştərilərim bu cümləni mənim dilimdən tez-tez eşidir. Gördüyüm qədər mənim kimi işinin peşəkarı, sənətimizlə bağlı, dünyada olan bütün yenilikləri, dünyada məşhur olan stilistlər tərəfindən keçirilən ustad dərslərin təşkilatçısı və s. öyünəsi xarakterim ola-ola, ən əsası da gəlinlərin qəlbini sevindirən Şəfəqə bu ölkədə dəyər verən çox azdır deyəsən. Mən həmişə düşünürdüm ki, niyə axı həmişə yaxşı həkimlər, aktyorlar, müğənnilər, iş adamları Azərbaycanı tərk edib başqa dövlətlərdə yaşayırlar? Sən demə biz, öz talantlı, xalqa xidmət edən, təmiz çalışan, adı yüksələn insanlara dəyər vermirik”. 


Stilist həmçinin paylaşdığı statusda həmkarlarının ondan zəhləsi getdiyini, daim onu gözdən salmağa çalışdıqlarını da qeyd edib.

Son vaxtlar adı daha çox qızı ilə bağlı qalmaqallarda hallanan xalq artisti Ramiz Novruz isə azxeber.com-a açıqlama verərək yayılan məlumatların  qızına qarşı qarayaxma kampaniyası aparan insanların işi olduğunu deyib:

"Şəfəq öz işində çox böyük nailiyyətlər əldə edib və bunu heç bir şey edə bilməyən insanlar götürə bilmirlər. Məqsəd onu gözdən salmaq, işinə zərbə vurmaqdır. Onun yaradıcılığı Azərbaycanın bu sahədə təmsil etməyə yetəcək gücdədir”.

Xalq artisti onu da vurğulayıb ki, Georgi Kot iddia edildiyi kimi erməni deyil, əslində abxaz əsillidir: "Georgi Kotun erməni olması ilə bağlı deyilən bütün sözlər yalandır. O, abxaz əsillidir və bunu özü də dəfələrlə dilə gətirib. O, erməni olsaydı, qızıma deyərdim ki, ayağını qır, otur yerində. Georgi məşhur stilistdir və Şəfəq ondan çox şey öyrənib. Bu gün Azərbaycanın bu sahədə təmsil edən çox azsaylı insan var. Onlar içində ən öndə gedənlərdən biri də mənim qızımdır”.

Erməni yoxsa abxaziyalı?



Qeyd edək ki, xalq artisti kimi qızı da dəfələrlə müsahibələrində stilist Georgi Kotun familiyasının  "yan” sonluğu ilə bitmədiyini əsas gətirərək onun erməni deyil, abxaziyalı olduğunu vurğulayıb. Xatırladaq ki, bir müddət bundan öncə məşhur stilist Georgi Kot barəsində qısa araşdırma aparmışdıq. Məlum olmuşdu ki, Georgi Kot Vasileviç 1984-cü ildə, bir çox dövlətlər tərəfindən tanınan Abxaziyanın Qaqra şəhərində anadan olub. İnternet resuslarında öz bioqrafiyasında anasının Susanna Aqozyan olduğunu qeyd edən stilist nədənsə atası və onun hansı fəaliyyətlə məşğul olduğu haqda bu günə qədər tutarlı məlumat yaymaqda maraqlı olmayıb. 

Kot 14 yaşından saç ustalığı ilə məşğul olmağa başlayıb. Tez bir zamanda özünə böyük karyera quran Kot hazırda Soçidə "Beynəlxalq Gözəllik Akademiyası”nın prezidentidir. Araşdırmamız zamanı o da məlum olub , onun rəhbərlik etdiyi "Fashion Studio”da özü də daxil olmaqla çalışan ustaların 36 nəfərindən 20-si ermənidir. Stilistin şəxsi assistenti də erməni Anjelika Saqryandır. Rusiya mətbuatında yayılan məlumatlara görə, Kotun yenicə evləndiyi xanım da erməni qızıdır.

Araşdırmalardan da məlum olur ki, yaşadığı Soçidə və Rusiyanın bir çox bölgələrində Georgi Kot erməni əsilli stilisti kimi tanınır.Düşmən nümayəndə ilə baş-başa şəkil çəkdirib, ona böyük rəğbət bəsləməyin psixoloji tərəfləri...

Məlum olduğu kimi zaman-zaman düşmən ölkənin nümayəndəsi ilə səmimi münasibət, dostluq əlaqələri yaradanlar dərhal ictimaiyyətin hədəfinə tuş gəlir. Cəmiyyətimiz bu cür halları neqativ olaraq qəbul edir. Maraqlıdır, çəkinmədən, açıqcasına düşmən nümayəndəsinə böyük rəğbət nümayiş etdirmək, onunla foto çəkdirib ictimailəşdirmək psixoloji baxımdan nə dərəcədə normal və doğrudur?

Məsələ ilə əlaqədar "Psixologiya və Konsultasiya Mərkəzi”nin rəhbəri, tanınmış psixoloq Elnur Rüstəmov "Yeni Müsavat”a açıqlama verib. Psixoloq mövzuya bu cür şərh bildirdi:"Əlbəttə ki, bu normal hal deyil. Əgər bizim torpaqlarımzın böyük bir qismi işğal edilibsə, qız-qadınlarımız əsir götürülərək onlara qarşı zorakılıq, xoşagəlməz hadisələr törədilibsə və sairə, bunu qarşılığında bu cür davranış nümayiş etdirmək heç də normal hal deyil.  

Digər tərəfdən, ora təkcə xalq artistinin qızı deyil, bir neçə azərbaycanlı stilist də gedib, ustad dərslərdə iştirak edib. 

Əgər konkret olaraq erməniyə rəğbət bəslənirsə və öz təsdiqini tapıbsa ki,  həmin stilist həqiqətən ermənidir və daim erməni maraqlarını müdafiə edir, bizimkilərin gedib ondan dərs alması, onu təbliğ etməsi normal deyil, fərqi yoxdur, yaxşı stilist və ya mütəxəssisdir.  Bu cür hallar ümumiyyətlə müharibə şəraitində olan dövlətlərin vətəndaşlarına psixoloji olaraq mənfi təsir göstərir. Bu gün bizim torpaqlarımız işğal olunub və səngərlərdə düşmənlə üz-üzə dayanan əsgərlərimiz var... 

Yox əgər bu məsələdə qərəz, qara piar, xüsusi olaraq xalq artistinin adının vurğulanması varsa, bu başqa məsələ. O xalq artisti  Azərbaycan incəsənətində, mədəniyyətində xidməti olan bir adamdır və onun adı son vaxtlar daha çox qızının fəaliyyəti ilə gündəmə gəlir. Xalq artistini küsdürmək lazım deyil. İnanmıram ki, erməni faktoru varsa xalq artisti qızına deməsin ki, "buna ehtiyac yoxdur”. (Musavat.com)

Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook