Xalq artistindən vergi borcu ilə bağlı açıqlama - “Bir qəpik də verməyəcəyəm”
İyul 14
23:36
2016
Xəbər verdiyimiz kimi, ötən ay Vergilər Nazirliyi vergi ödəməyən müğənnilərin siyahısını açıqlayıb.
Adı borclular siyahısında olan tanınmışlardan biri də Xalq artisti Gülyanaq Məmmədovadır. O saytımıza açıqlamasında Vergilər Nazirliyini ittiham edərək, indiyədək vergi borcunu ödədiyini, dövlətə borclu olmadığını demişdi.
Üstündən bir ay vaxt keçsə də, Xalq artisti hələ də vergi borcunu ödəməyib.
G.Məmmədova açıqlamasında ona yazılan 5200 manat borcu imkansızlıqdan ödəyə bilmədiyini deyib.
"Qanuni vergi borcum nədirsə, onu ödəyirəm. Yazılan 5200 manata gəldikdə isə onu ödəmək imkanım yoxdur. VÖEN-im nə vaxtdan aktivdirsə, o vaxtdan ödəyirəm. 5200 manatı isə ödəmək niyyətində deyiləm. Deyilən görə üstünə faiz gəlir. Buna baxmayaraq, heç maraqlanmıram da. Mənə ən çox təsir edən adımın vergidən boyun qaçıran müğənni kimi siyahıya salınmasıdır. Mən boyun qaçırmamışam axı. Bu ayın 20-də 3 aylıq vergi borcumu ödəyəcəyəm. 5200 manata gəldikdə isə bir qəpik də vermək fikrim yoxdur”.(azvision.az)
Qlobal.az