Xalq artistinin şəhid oğlunun hərbi paltarı muzeyə verildi
Sentyabr 29
09:58
2021
"Qarabağ uğrunda müharibədə şəhid olan Baş leytenant Rövşən Nurzadənin hərbi paltarı Tarix Muzeyinə verilib”.
"Rövşənin paltarının birini Tarix Muzeyi aparıb, ikinci paltarını isə mən geyinirəm. Əynimdəki hərbi paltar oğlumundu. Evin divarından asılmışdı. Düşündüm ki, burda qalınca özüm geyinim. Odur ki, tədbirərə gedəndə onu geyinirəm. Evdəkilər də bu paltarla təskinlik tapır”.
Aktyorun sözlərinə görə, son vaxtlar dəvət aldığı tədbirlərdən təşkilatçılar ona hərbi paltarda gəlməyi xahiş edirlər:
"Salam oğlum” şeirini deməyimi istəyirlər. Bu şeir hərbi paltarda gözəl alınır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Akademik Milli Dram Teatrının aktyoru, Xalq artisti Əli Nur deyib. Aktyor şəhid oğlunun iki hərbi paltarının olduğunu vurğulayıb:
Aktyorun sözlərinə görə, son vaxtlar dəvət aldığı tədbirlərdən təşkilatçılar ona hərbi paltarda gəlməyi xahiş edirlər:
"Salam oğlum” şeirini deməyimi istəyirlər. Bu şeir hərbi paltarda gözəl alınır”.