Xalq qəhrəmanı Sultan bəyin xatirəsinə turnir keçirildi
İyul 18
14:25
2017
Bakı şəhəri Balaxanı İdman Kompleksində Azərbaycan Alpaqut Federasiyası və Laçın rayonu Gənclər və İdman İdarəsinin birgə təşkil etdikləri xalq qəhrəmanı Sultan bəy Sultanovun xatirəsinə həsr olunmuş açıq turnir həyata keçirilib.
Karabakhmedia.az xəbər verir ki, idman turnirinin asçılışında Alpaqut Federasiyasının baş katibi Rafiq Qasımov federasiyanın prezidenti Aqil Acalova raport verib.
Raportun verilməsinin ardınca, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və yarış açıq elan olunub. Alpaqut Federasiyasının prezidenti Aqil Acalov çıxış edərək bildirib ki, federasiya bir daha öz ənənəsinə sadiq qalaraq, idmançılar arasında vətənpərvərlik ruhunun təbliğatı çərçivəsində uğurlu tədbirlərini davam etdirir və hazırkı turnirin də keçirilməsində əsas məqsəd, 1905-1906-cı illərdə Qarabağ bölgəsində, xüsusilə Laçın və Şuşada ermənlərin azərbaycanlılara qarşı törətmək istədikləri vəhşi cinayətlərinin qarşısını alan Azərbaycan xalq qəhrəmanı Sultan bəy Sultanovun əziz xatirəsini yad etməkdən ibarət olub.
"Biz, gənc nəsilə Sultan bəy Sultanov və sair qəhrəmanlarımızın keçdikləri qəhrəmanlıq yollarını, vətənpərvərlik sevgilərini aşılamağı qarşımıza məqsəd qoyaraq, bu istiqamətdə uğurlar əldə edirik”, – deyə qeyd edən Aqil Acalov gələcəkdə də bənzər idman turnirlərinin keçiriləcəyini qeyd edib.
Federasiyadan verilən məlumata görə, açıq turnirdə ölkəmizin şəhər və rayonlarından ümumilikdə 11 komandadan 156 idmançı iştirak edib. Yarış Alpaqut Turan döyüş sənətinin qaydalarına uyğun olaraq üç sistem üzrə – Aypara "A”, Batur "B” və Caymaz "C” sistemləri üzrə keçirilib.
Komandalardan Aypara sistemi üzrə Ağdam filialı 1-ci, Batur sistemi üzrə Laçın filialı, Caymaz sistemi üzrə isə Qarabağ filialı 1-ci yerləri qazanıblar.
Turnirin sonunda qaliblər mükafatlandırılıblar.