“Xalq üçün “Daş yuxular” əsəri qədər ziyanlı ikinci nə yazı, nə də hadisə var”
Aprel 01
00:22
2016
Əkrəm Əylisliyə qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə cinayət işinin açılmasını olduqca yalnış addım hesab edirəm.
Bu xəbər çıxandan qısa müddət sonra artıq dünya mətbuatının manşetini zəbt etdi və bir daha dünya ictimaiyyətinə "Daş yuxular” əsəri təqdim edildi. Sanki kimsə bu əsərin yayılmasında maraqlıdır. Əminəm ki, Azərbaycan xalqı üçün bu əsər qədər ziyanlı ikinci nə yazı, nə də hadisə var. Çox hefsilənirəm ki, bu əsər və Ə.Əylisli haqqında fikir bildirənlərin əksəriyyəti "Daş yuxuları" oxumayıb. Oxusaydılar Ə.Əylisli ilə bağlı bu günkü hərəkətləri etməzdilər.
Bu fikir həm onu söyənlərə, həm də müdafiə edənlərə aiddir. Onun Hava limanında etdiyi bütün hərəkətləri bilərəkdən etdiyinə və istədiyinə nail olduğuna şübhəm yoxdur, çünki o, heç nəyi elə belə etmir. "Daş yuxular"da Ə.Əylisli yazır ki, "Mən hesab edirəm ki, arabir hakimiyyətlə münasibətləri korlamaq lazımdır ki, azadlıq hissiyyatını özündə saxlaya biləsən". Bu fikirində də Ə.Əylisli səmimi deyil, çünki hakimiyyətlə münasibətini azadlığa görə deyil həmişə öz maddi marağı üçün korlayıb.
Hakimiyyətlər, o cümlədən bugünkülər də gedəcək, ancaq Azərbaycan dövləti, milli maraqlar daim qalacaq. Həmçinin Ə.Əylislinin əsəri də.
Ona görə hakimiyyət savaşı, intriqalar beyinləri bulandırmamalıdır. Bu səbəbdən Əkrəm Əylislinin "Daş yuxular" əsərinə 06-10.02.2013-ci il tarixlərdə yazdığım cavabımı Sizlərlə bir daha bölüşürəm və oxumanızı təkidlə xahiş edirəm.
P.S. Ə.Əylislidən disident düzəldənlərin nəzərinə çatdırıram ki, o, həqiqi disidentlərdən fərqli olaraq həm Sovet hakimiyyətindən, həm də bu günkü hakimiyətdən mümkün olan bütün maddi imkanları əldə edən birisidir. (Moderator.az)

Aslan İsmayılov, millət vəkili