SON XƏBƏR

"Xalqın övladlarını ölümə göndərir" - Xameneini tənqid edən din xadimi həbs olundu

Oktyabr 12
12:49 2024
İranın ali rəhbərini tənqid edən din xadimi həbs olunub.

"AzPolitika" xəbər verir ki, bu barədə İran mətbuatı məlumat yayıb.

Məlumata görə, İranda tanınmış din xadimi Ayətullah Cavad Muhəqqiq Yəzdi ölkənin ali rəhbəri Əli Xameneini və hökumətin siyasətini tənqid etdiyi üçün saxlanılıb.

Bildirilib ki, o, bir müddət öncə Xamenei haqqında bu ifadələri işlədib:"Əgər Əli Xamenei öz oğullarını Livan və Qəzzaya göndərsə, mən də getməyə hazıram, xalqın övladlarını ölümə göndərir, öz övladlarınız üçün isə mühafizəçi işə götürürsünüz".

Xatırladaq ki, İranda son illərdə tənqidçi din xadimləri həbs qərarları ilə üzləşirlər. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook