Xamenei: Fars dili dünyanın elmi dili olmalıdır
Noyabr 18
14:53
2021
İranın dini rəhbəri noyabrın 17-də ölkənin "gənc elitası, bilim adamları və yüksək elmi istedadlar” adlanan şagirdləri və öyrənciləri ilə görüşdə deyib ki, fars dili dünyanın elmi dilinə çevrilməlidir.
"Azad İran" Telegram kanalı "ANT"yə istinadla xəbər verir ki, Xamenei "gənc elita və yüksək elmi istedadlar” adlanan gənclərə müraciət edərək bildirib: Biz elə hərəkət etməliyik ki, məntiqli bir gələcəkdə İran dünya elminin mənbəyinə çevrilsin və hər kəs ən son elmi nailiyyətləri əldə etmək üçün fars dilini öyrənməli olsun: Necə ki, tarixin müəyyən dövrlərində iranlılar dünya biliklərinin zirvəsində idilər və iranlı alimlərin kitabları Qərb və Şərq ölkələrinin universitetlərində alimlər tərəfindən tədris edilir və onlara istinad edilirdi.
İran lideri habelə elm adamlarının ölkədən getməsinin əsas səbəblərinə toxunmadan deyib ki, düşünən beyinləri ölkəni tərk etməyə sövq etmək vətənə xəyanət və ölkəyə qarşı düşmənçilikdir.
Halbuki, siyasi və sosial məsələlər üzrə ekspertlər, eləcə də siyasi-mədəni fəallar bildirir ki, Əli Xamenei şəxsən özü indiki avtoritarizmdə, ölkədəki etnik xalqlara və qeyri-fars mədəniyyətlərinə qarşı sistematik ayrı-seçkilikdə, etirazçıların və demokratik tələblərin sıxışdırılmasında və yatırılmasında və düşünən beyinlərin ölkəni tərk etməsinə səbəb olan formal seçkilərin keçirilməsində əsas rol oynayır.