“Xan Sarayı”nın direktoru muzeyin əməkdaşlarını bağında işlədir - ŞİKAYƏT
Oktyabr 05
18:39
2023
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksinin direktoru Nəzakət Əsədovanın muzey əməkdaşlarını qanunsuz olaraq öz həyətində işlətdiyi bildirilir.
Yeniavaz.com xəbər verir ki, bu barədə özünün muzeyin bağbanı və elektriki kimi təqdim edən İsmayıl Hüseynovla Hüseyn Əliyev "Gündəlik Naxçıvan”a məlumat veriblər.
"Nəzakət Əsədova bağbanla məni aparıb həyətində işlədib. İşləyib qurtarmışıq: iki mərtəbəli evin "zabor”unu tikmişik, suvağını vurmuşuq, üstünün mərmərini vurmuşuq, küçə qapısına kimi qoymuşuq. Üzləməni etməmişik deyə bizi işdən çıxarmaqla hədələyir. Mədəniyyət Nazirliyində olmuşam, deyirlər ki, heç kimin ona gücü çatmır”, – deyə H. Əliyev bildirib.
Nəzakət Əsədova
İ. Hüseynov da iş yoldaşının dediklərini təsdiqləyib:
"Vəzifəsindən sui-istifadə edib, bizi aparıb işlədib. Əlavə işlər dedi, Hüseynin ayağı zədəli olduğuna görə biz onu edə bilməyəcəyimizi dedik. Ondan sonra bizə deməyə başladı ki, sizi işdən çıxardacağam”.
H. Əliyev, həmçinin iddia edir ki, N. Əsədova ona məxsus texniki otağı da əlindən alıb.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyindən Yeniavaz.com-a bildirilib ki, iş vaxtı qurumun əməkdaşlarının direktorun şəxsi işlərində çalışması halı yaşanmayıb:
"Nazirlik tərəfindən hər iki tərəflə görüşülüb, məsələnin öz aralarında həll edilməsi tövsiyə olunub. Bağban İsmayıl Hüseynov, ümumiyyətlə Nazirliyin tabeli müəssisələrində çalışmır. Muzeydə inzibati otaqlar az olduğu üçün Hüseyn Əliyev digər muzey əməkdaşları ilə birgə otaqda əyləşir. Mədəniyyət Nazirliyi bununla bağlı məsələni diqqətdə saxlayacaq”.

Qarşı tərəf mövqe bildirə bilər.
Qlobal.az