Xanım direktordan Hadi Rəcəbli barədə İDDİALARA CAVAB: "Həmin fotomuz "Palıdlı sahil"də çəkilib"
Fevral 27
00:10
2019
"Şəffaf İdarəçilik" İctimai Birliyinin şimal bölgəsinin rəhbəri Amil Hüseynov "Ölkə.Az"ın redaksiyasına müraciət edərək, Siyəzəndəki 6 saylı məktəb liseyin direktorundan şikayətçi olduğunu bildirib.
Şikayətçi məktubunda qeyd edir ki, məktəbin direktoru Yeganə Əliyeva bütün məktəb kollektivini narazı salıb:
Səsləndirilən ittihamlarla bağlı əməkdaşımız Yeganə Əliyeva ilə əlaqə saxlayıb. A.Hüseynovun ittihamlarını qəbul etməyən Y.Əliyeva bildirib:
"Bu məktəbin doqquz ildə qazandığı uğurlardan yazan yoxdur. Amma indi kimsə ortaya düşüb, məktəbi biabır etmək istəyir. Şamil Əhmədovun təsərrüfat müdiri vəzifəsindən çıxarılması mənim yox, nazirin qərarıdır. Əvvəl orta təhsilli insanın bu vəzifəni tutmasına icazə verilirdi, amma indi direktor müavini statusunu daşıyan insanın orta təhsilli olmasına icazə verilmir. Təlimat gəldi ki, ali təhsili olmayanlar işindən azad olunsun. Şamil Əhmədovu regional idarə işindən azad edilib. İndi də apellyasiya şikayəti veriblər. Nazirliyin təlimatı varsa, mən kiməm ki? Fondpulu barədə deyilənlər də cəfəngiyyatdır. Çox istərdim ki, özünüz vəziyyətlə yerində tanış olasınız”.
Xanım direktor Hadi Rəcəblinin adından istifadə etməsi barədə iddialara da cavab verib. Y.Əliyeva deyib ki, H.Rəcəblinin qızı onun əmisi oğlunun həyat yoldaşıdır:
Qlobal.az