Xankəndi növbədənkənar prezident seçkilərinə hazırdır
Fevral 02
14:26
2024
Fevralın 7-də keçiriləcək növbədənkənar prezident seçkilərinə Xankəndi şəhərində hazırlıqlar bitib.
Qeyd edək ki, fevralın 7-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Seçkilərdə hakim Yeni Azərbaycan Partiyasının prezidentliyə namizədi İlham Əliyev, namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev və namizədliyi özü tərəfindən irəli sürülən Fuad Əliyev mübarizə aparacaq.
"Report” şəhərə ezam olunan əməkdaşlarının hazırlıqlarla bağlı fotoreportajını təqdim edir.