Xankəndi yaxınlığında Miryusifin QİSASI - VİDEO
Yanvar 09
14:15
2023
Xankəndində diri-diri ürəyi çıxarılmış şəhidin qisası
Şəhidin övladı Kərim Miryusif oğlu Orucov İnterPosta.info-ya açıqlamasında atası Miryusifin şəhid olması haqda erməni terrorçularının əməllərindən danışıb:
Atamın ürəyini diri-diri sinəsindən çıxarıb xəstəxananın palatalarında və həyətində gəzdirib göstərərək "Türkün ürəyinin böyüklüyünə bir baxın – Qarabağın böyük ürəyi olan bir igidini öldürmüşük” deməklə qürrələnirlər. Bu qaniçənliyi, vəhşiliyi edən guya həkim andı içmiş, həkim adına xəyanət edən erməni həkimi, xəstəxananaın cərrahiyyə şöbəsinin müdiri Valeri Ukasyan olub”.
Onlar bilmirdilər ki, Miryusif Orucovun qisası qırx mərasiminə qədər alınacaq.
Şəhidin övladı Kərim Miryusif oğlu Orucov İnterPosta.info-ya açıqlamasında atası Miryusifin şəhid olması haqda erməni terrorçularının əməllərindən danışıb:
O bildirir ki, atası ermənilərlə qeyri-bərabər döyüşdə patronu qurtarmasına və ağır yaralı olmasına baxmayaraq, ayağa qalxıb qəddini əymədən ermənilərin üzərinə gedir. Və bu zaman namərdlər onu yaxalaya bilirlər.
Məlum olur ki, düşmən onun arxasınca gələrək döyüşə atılmış Meşəlidən olan Bəxşeyişi də əsir götürüblər. Ermənilər onları maşına oturdanda atam Bəxşeyişə "Qorxma, dözümlü ol” deyir, amma özünün yaralı olduğunu ona bildirmir. Yalnız xeyli getdikdən sonra qan pencəyindən bayıra sızır və Bəxşeyiş onun sinəsindən ağır yaralandığını anlayır...
Onları əvvəlcə Əsgərana aparırlar. Xankəndindəki 10139 saylı sovet rabitə hərbi hissəsinin komandirinin arvadı, Əsgəran xəstəxanasının təcili yardım şöbəsində həkim işləyən Lena Mixayentina atamın yarasını sağaltmaq mümkün olmasında və onun Ağdama aparılmasının vacibliyində nə qədər təkid etsə də, onun sağ qalmasını istəməyən ermənilər atamı Xankəndinə aparırlar. Oradakı vilayət xəstəxanasında isə ona heç bir tibbi yardım göstərmir, əksinə, əzab və işgəncə verməyə başlayırlar.
Onlar bilmirdilər ki, Miryusif Orucovun qisası qırx mərasiminə qədər alınacaq.
Şəhid atası Orucov Miryusifin qisas hekayəsin əmisi oğlu Novruzov İbrahim Məlik oğlunun dilindən eşidək: