Xaricdəki Türkiyə vətəndaşlarının səsverməsi başlayıb
Aprel 27
10:23
2023
Mayın 14-də keçiriləcək prezident və parlament seçkiləri ilə əlaqədar xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının səsverməsi başlayıb.
"Report”un xəbərinə görə, bunun üçün dünyanın 75 ölkəsində 156 seçki məntəqəsi yaradılıb.
Türkiyə Mərkəzi Seçki Komissiyasından bildirilib ki, xaricdəki türkiyəli seçicilərin sayı 3 milyon 416 min 98 nəfərdir.
Qardaş ölkənin Azərbaycandakı diplomatik nümayəndəliklərindəki seçki məntəqələri isə mayın 5-də Bakı vaxtı ilə saat 09:00-da açılacaq.
Səsvermə Türkiyənin Bakıdakı səfirliyində (Səməd Vurğun küçəsi 134), Gəncədəki Baş Konsulluğunda (M.A. Abbaszadə 6) və Naxçıvandakı Baş Konsulluğunda (Heydər Əliyev küçəsi 17) keçiriləcək.
Diplomatik nümayəndəliklərdə səsvermə mayın 8-də saat 21:00-da başa çatacaq.