SON XƏBƏR

Xaricdən gətirilən avtomobillərlə bağlı yenilik: Əlavə pul ödəyəcəksiniz

İyun 02
09:41 2023
Ölkəyə işlənmiş avtomobil gətirənlər utilizasiya haqqı da ödəyəcək.

Azərbaycana idxal ediləcək köhnə avtomobillər üçün 400-700 manat utilizasiya haqqı nəzərdə tutulur.

Məcəlləyə əlavə edilməsi təklif olunan yeni maddəyə əsasən, gömrük ərazisinə gətirilən və istehsal-buraxılış vaxtından 4 il keçən minik avtomobillərinin gömrük rəsmiləşdirilməsi zamanı "Tullantılar Haqqında" qanuna uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə utilizasiya haqqı alınacaq.

Millət vəkili Vüqar Bayramov "Xəzər Xəbər"ə bildirib ki, avtomobillərin qiyməti utilizasiya haqqına görə bahalaşa bilər. Bu səbəbdən də tutulacaq məbləğin azaldılması müzakirə olunur.

"İstehsalat və məişət tullantıları haqqında” qanuna yeni əlavə edilən 14-7-ci maddəyə əsasən Mülki Prosessual Məcəllə ilə müəyyən edilmiş qaydada sahibsiz hesab edilən və sahibi tərəfindən imtina edilmiş avtomobillər də utilizasiyaya veriləcək.

Qeyd edək ki, ümumilikdə utlizasiya prosesi könüllü olacaq. Utilizasiyaya verilən avtomobilin sahibinə yeni istehsal olunmuş yerli nəqliyyat vasitəsini satın alması üçün güzəşt tətbiq olunacaq və ya güzəştin əvəzinə daha az həcmdə birdəfəlik ödəniş veriləcək.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook