SON XƏBƏR

Xarici İşlər naziri: “ABŞ özünü kovboy kimi aparsa cavab verəcəyik”

Avqust 28
18:07 2018
Türkiyənin Rusiya ilə münasibətləri ABŞ və Avropa İttifaqı ilə münasibətlərinə alternativ deyil.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Litvaya səfəri çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.

"Biz bir tərəfin digərinə qarşı tətbiq etdiyi ədalətsiz sanksiyalarda iştirak etməyə məcbur deyilik. Bizim Rusiya ilə münasibətlərimiz ABŞ və Avropa İttifaqı ilə münasibətlərimizə alternativ deyil. Türkiyə balanslaşdırılmış siyasət yürüdür”, – deyə  Çavuşoğlu vurğulayıb.

Türkiyəli nazir həmçinin, Ankaranın Rusiyadan S-400 raketdən müdafiə sistemlərini almasını da şərh edib. Bildirib ki, müdafiə sistemlərini ilk növbədə müttəfiqlərindən, xüsusən də ABŞ-dan almaq istəsələr də, buna nail ola bilmədilər. İndi isə Ankaranın təcili tələbatının ödənilməsi üçün S-400-lərin əldə olunması vacibdir. Çünki S-400 müdafiə sistemləri seçim yox, məcburi zərurətdir.

Çavuğoğlu onu da əlavə edib ki, beşinci nəsil F-35 qırıcı təyyarələrini Ankaraya verməyəcəkləri ilə bağlı təhdidləri fonunda ABŞ-ın Türkiyəyə "Patriot” sistemlərini təhvil verəcəklərinə dair zəmanət yoxdur: "Biz F-35 layihəsi üzrə tərəfdaşıq. Amma əgər onlar kovboy filmlərindəki kimi "nə istəyirəm, onu da edirəm” prinsipi ilə hərəkət etsələr, biz də cavab verəcəyik”.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook