Xarici mərc saytlarına pul köçürülməsi və uduşların qəbulu qadağan edildi
Yanvar 15
10:44
2022
Azərbaycanda banklar müştərilərinə ölkədən xaricdə təşkil edilən oyunlarla bağlı xəbərdarlıq ediblər.
Xəbərdarlıq bildirişində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində ölkəxaricində təşkil olunan mərc oyunları ilə əlaqədar bəzi dəyişikliklər edildiyi bildirilir.
Həmin dəyişikliklərə əsasən, artıq banklara məxsus məxsus kartlardan aşağıdakı əməliyyatlar üzrə istifadə etmək qadağandır:
- Ölkəxarici mərc oyunları saytlarında qeydiyyat üçün ödənişlərin aparılması;
- Uduşların ödənilməsi;
- Pul vəsaiti qəbulu;
- Uduş-mükafat və digər gəlirlərin verilməsi.
Qeyd edək ki, "Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən lotereyalar və "Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada keçirilən idman mərc oyunları ilə bağlı bank əməliyyatları istisna edilir.