Xarici müəssisələr Azərbaycanda əsas kapitala 1,5 milyard manata yaxın vəsait yönəldiblər
Mart 23
09:15
2017
Bu il yanvar-fevral aylarında xarici müəssisə və təşkilatlar tərəfindən Azərbaycanda əsas kapitala 1 milyard 405,7 milyon manat vəsait yönəldilib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 1 milyard 189,6 milyon manatı (84,6 faizi) Birləşmiş Krallıq, Türkiyə, Malayziya, İsveçrə, Rusiya, İran və ABŞ sərmayədarlarına məxsus olub.
Tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 66,2 faizini tikinti, yenidənqurma və genişləndirmə, 9,6 faizini əsaslı təmir, 4,9 faizini cari təmir, 19,3 faizini isə digər tikinti işləri təşkil edib.
Ümumi inşaat işlərinin 90,1 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetiriblər.