Xerson vilayətində “xoşməramlı jest” gözlənilir - Rusiyalıları getməyə nə məcbur edəcək?
İyul 28
12:50
2022
Amerikanın HİMARS və M270 sistemlərinin istifadəsi və həm də Xerson vilayətində partizan hərəkatı işğalçı ordunu daha bir «xoşməramlı jest»ə məcbur edəcək.
Bu barədə hərbi-hüquq araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musiyenko «Sergey Rudenko ilə verdikt» proqramında («Ekspresso» telekanalında) bəyan edib.
«HİMARS sistemləri və ukraynalıların gizli şəraitdə fəalyyəti cənubda ona gətirir ki, Rusiya ordusu məcbur olub növbəti «xoşməramlı jest» həyata keçirsin - Xersonun sol sahilinə çəkilsin və orada mövqelərini möhkəmləndirsin.
Onun sözlərinə görə, işğalçıların həyatını həm də müvəqqəti işğal olunmuş ərazilərdə ukraynalılar pozurlar. Onlar aktiv olaraq işğalçıların fəaliyyətinə maneə yaradırlar. «Ukraynalılar partlayışlar törədirlər, maneələr yaradırlar, Ukrayna uğrunda təbliğat aparırlar. Bütün bunlar fövqəladə güclü atəş-psixoloji zərbə formalaşdırır. Hazırda bu amillər Xerson vilayətində Rusiya ordusuna kifayət qədər güclü təzyiq göstərir.
Rusiyalılar arasında fərarilərin sayı Ukraynanın cənubunda və şərqində artacaq. Uyğun olaraq, mənəvi əhval da aşağı düşəcək. Əlavə olaraq, vaxtlı-vaxtında kömək və silah gəlməyəcək» - ekspert yekun vurur.
AzPolitika.info
Bu barədə hərbi-hüquq araşdırmaları Mərkəzinin rəhbəri Aleksandr Musiyenko «Sergey Rudenko ilə verdikt» proqramında («Ekspresso» telekanalında) bəyan edib.
«HİMARS sistemləri və ukraynalıların gizli şəraitdə fəalyyəti cənubda ona gətirir ki, Rusiya ordusu məcbur olub növbəti «xoşməramlı jest» həyata keçirsin - Xersonun sol sahilinə çəkilsin və orada mövqelərini möhkəmləndirsin.
Ukrayna silahlı qüvvələri tərəfindən aktiv olaraq M142 HİMARS və M270» MLRS sistemləri istifadə olunur. Aydın olur ki, Rusiyanın əlində olan HHM sistemi heç nə edə bilmir» - Musiyeko qeyd edir.