Xəstəni izinsiz 8 dəfə əməliyyat edib komaya salan "EGE Hospital" kapitalını artırıb - VİDEO
Dekabr 29
02:46
2022
"EGE Hospital” nizamnamə kapitalını artırıb.
Qlobal.az xəbər verir ki, hospitalın nizamnamə kapitalı hazırda 8.817.479 manat təşkil edir.
Bakı şəhərində fəaliyyət göstərən "EGE Hospital" tez-tez qalmaqallı hadisələrlə medianın gündəminə gəlir.
"EGE Hospital"la bağlı daha bir qalmaqallı hadisə isə 2020-ci ildə medianın gündəmini zəbt etmişdi.
Belə ki, 67 yaşlı Əliyəsər Xasməmmədov adlı pasiyentin səhv əməliyyat nəticəsində hospitalın kordiologiya şöbəsində öldüyü, klinikanın kardiocərrahı Ülvi Mirzoyevin vəfat etmiş şəxsin meyidini təcili yardım maşını ilə məscidə göndərdiyi yazılırdı.

Ötən il "EGE Hospital"da xəstəni yaxınlarının icazəsi olmadan 8 dəfə gizli əməliyyat edildiyi və komaya düşdüyü barədə məlumatlar dərc edilmişdi.
Əməliyyat zamanı komaya düşən Fatimə Xuçinayevanın qızı Eren Xuçinayeva "EGE Hospital"ın həkimlərinin səhvi ucbatından 80 min manat pul xərclədiyini deyirdi.
"EGE Hospital"la bağlı daha bir qalmaqallı hadisə isə 2020-ci ildə medianın gündəmini zəbt etmişdi.
Belə ki, 67 yaşlı Əliyəsər Xasməmmədov adlı pasiyentin səhv əməliyyat nəticəsində hospitalın kordiologiya şöbəsində öldüyü, klinikanın kardiocərrahı Ülvi Mirzoyevin vəfat etmiş şəxsin meyidini təcili yardım maşını ilə məscidə göndərdiyi yazılırdı.
Qeyd edək ki, "EGE Hospital” 2012-ci ildə qeydiyyata alınıb.
Qlobal.az