SON XƏBƏR

Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları “Xocalıya ədalət, gələcək üçün ibrət” adlı anım tədbiri keçirib

Fevral 26
18:06 2016
Fevralın 24-də Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşlarının təşkilatçılığı ilə 5 saylı Bakı Peşə Liseyində Xocalı soyqırımının iyirmi dördüncü ildönümü ilə əlaqədar "Xocalıya ədalət, gələcək üçün ibrət” adlı anım tədbiri keçirilib.
 
Azərbaycan Respublikasının Dövlət Himni ilə başlanan tədbir Xocalı soyqırımı zamanı qətlə yetirilmiş həmvətənlərimizin və vətən uğrunda canlarını fəda etmiş bütün Şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə davam edib.
 
Sonra MKS-nin kollektivinin hazırladığı, Xocalı hadisəsini əks etdirən slayd nümayiş olunub, Xətai rayon 263 saylı tam orta məktəbin şagirdləri tərəfindən hazırlanmış səhnəcik ,5 saylı Bakı Peşə Liseyinin tələbələrinin iştirakı ilə Xocalı faciəsinə həsr olunmuş "Xocalı - qərib obam” adlı kompozisiya təqdim edilmiş, məktəblilərin özfəaliyyət qrupları tərəfindən şeyirlər və mahnılar səsləndirilib.
 
Tədbirdə Xətai rayon MKS-nin Mərkəzi Kitabxanasının əməkdaşları, oxucuları, 5 saylı Bakı Peşə Liseyinin müəllim və tələbə kollektivi, Xətai rayon Allahverdi Xəlilov adına 263 saylı tam orta məktəbin müəllim və şagird kollektivi, Təhsil Nazirliyi, Respublika Gənc Turistlər və Diyarşünaslıq Mərkəzinin əməkdaşları, Həmkarlar İttifaqının Respublika mədəni-kütləvi tədbirlər üzrə şöbə müdiri, Gender bərabərliyi və qadın problemləri üzrə komissiyasının sədri Əfsanə Gülməmmədova, Xocalı faciəsinin canlı şahidləri Vərziyar Əliyeva, Solmaz İsmayılova, Pərvanə Məmmədova iştirak etdilər.
 
Tədbirin sonunda tədbir iştirakçıları "Xocalıya ədalət, gələcək üçün ibrət” adlı sərgiylə tanış olub və Xətai rayon MKS-nin əməkdaşları və oxucuları "Xocalı harayı” abidəsini ziyarət ediblər.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook