Xəzər dənizinin səviyyəsi kəskin enəcək - alimlərdən xəbərdarlıq
Dekabr 25
11:49
2020
Xəzər dənizində suyun səviyyəsi 2100-cü ilə qədər 9-18 metr enəcək. Bu barədə almaniyalı və hollandiyalı tədqiqatçıların "Nature Communications Earth Environment” jurnalında yayımlanan araşdırmasında qeyd olunub. Bildirilib ki, bu, öz növbəsində bir sıra problemlərə, o cümlədən ekoloji fəsadlara səbəb olacaq, eyni zamanda regionun iqtisadi və siyasi stabilliyinə təsir edəcək.
Tədqiqatçıların hesablamalarına görə, yaxın onilliklərdə azalma sürətlənəcək, 2100-cü ilə qədər Xəzərin hövzəsinin sahəsi də 23-34 faiz azalacaq: "Müqayisə üçün bildirək ki, Şimal dənizinin səviyyəsi iki-üç metr aşağı düşərsə, Rotterdam, Hamburq və London kimi limanlara giriş çətin olacaq. Balıqçılıq və yükdaşıma gəmilərinə problem yaranacaq, habelə regiondakı bütün ölkələr böyük çətinliklərlə üzləşəcəklər. Belə ki, Xəzərin özünəməxsus ekosisteminə, köçəri quşlar, beluqa və Xəzərin şimalındakı buz üzərində yaşayan endemik Xəzər suitilərinə təsir edəcək. Dənizin və ya ona tökülən çayların sahillərində yaşayan milyonlarla insan son dərəcə xoşagəlməz nəticələrlə üzləşəcəklər. Burada isə biz ən yaxşı halda ən azı 9 metr enmədən danışırıq. Ən pis halda isə dənizin səviyyəsi 18 metr enəcək və Xəzər dənizi sahəsinin üçdə birindən çoxunu itirəcək”.
Alimlər bildirirlər ki, Xəzər dənizi kimi su hövzələrinin səviyyəsi bir tərəfdən yağış və axıntı, digər tərəfdən isə göl səthindəki buxarlanma arasındakı həssas tarazlıqla müəyyən edilir: "Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsini buxarlanmanın artması və qışda dəniz buzunun yoxa çıxması ilə izah edirlər. Bu proses Aralıq dənizi-Orta Asiya regionunda quraqlığın artması ilə əlaqələndirilir”.
Beləliklə, tədqiqatçılar təcili və koordinasiyalı fəaliyyətə ehtiyac olduğunu bildiriblər.
Qeyd edək ki, Xəzər dənizində suyun səviyyəsinin azalması ilə bağlı alimlər hələ bu ilin əvvəlində həyəcan siqnalı verirdilər. Yerli alimlərin qənaətinə görə, Xəzərin səviyyəsinin aşağı düşməsinin əsas səbəbi dənizə daxil olan suyun azalması və buxarlanmanın çox olmasıdır. Məsələn, Xəzərin əsas qida mənbəyi olan Volqa çayının axımında da azalma müşahidə edilir. Belə ki, ötən ilin birinci yarısı çayın mənsəbində illik axım 114 km3 təşkil edib ki, bu da orta çoxillik normadan (146 km3) əhəmiyyətli dərəcədə azdır.
Həmçinin dəniz dibində baş verən tektonik hərəkətlər də səviyyənin dəyişməsinə təsir göstərən amillərdən biri olduğu qeyd edilir. Araşdırmalara görə, Xəzərin XX əsrdə ən aşağı səviyyəsi 1977-ci ildə qeydə alınıb. Sonradan qısa dövrdə, yəni 1977-1995-ci illər ərzində 2,5 metr artıb və sonrakı illərdə yenidən azalma müşahidə olunmağa başlayıb. 2006-cı ildən etibarən Xəzərin səviyyəsində enmə müşahidə olunur.
Bəs Xəzərin suyunun səviyyəsinin azalması ilə bağlı Azərbaycan dövləti hansı önləyici tədbirlər görməlidir?
Məsələ ilə bağlı Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri, ekoloq Telman Zeynalov "Yeni Müsavat”a danışıb: "Bununla bağlı nəsə fikir söyləyəndə bəzilərinin xoşuna gəlmir və hər yerdə ”qapımı bağlayırlar". Çünki reallığı deyirəm. Bu işlə aidiyyəti alimlər araşdırmalar aparıb, işlər görməlidirlər. Əgər görmürlərsə, dövlət hesabat verməlidir. Ümumiyyətlə, Xəzər dənizi yarandığı gündən bu günə qədər hər zaman qalxmalar-enmələrlə müşahidə olunub. Gah da Qara dənizlə bitişib. Xəzərin suyunun artması və yaxud azalmasını dərindən öyrənmək, araşdırmaq lazımdır. Əgər Xəzər dənizinin suyu qalxırsa, deməli, Azərbaycanın Aran bölgəsi yenidən duzlaşacaq. Ümumiyyətlə, əvvəllər Aran bölgəsi Xəzərin altında olub. Ona görə də həmin bölgənin torpağı duzludur. Adətən Aran bölgəsinə "qışlaq” deyirdilər. Çünki əhali yayda dağlara qalxırdı. Aran bölgəsinin torpaqlarının böyük faizi duzlu idi. Sovet hökuməti bununla bağlı zamanında çox gözəl tədbirlər görmüşdü. Həmin torpaqlar yuyulmuşdu ki, kənd təsərrüfatı məhsulları istehsal oluna bilsin. Xəzər dənizinin suyunun səviyyəsi aşağı düşəndə isə quraqlıq baş verir. Beləliklə, dənizin suyunun artmasının və azalmasının mənfi təsirləri var. Suyun səviyyəsi qalxanda torpaqlar su altında qalır, duzlaşma artır, suyun səviyyəsi azalanda isə quraqlıqlar baş verir, kənd təsərrüfatına böyük ziyan vurur.
Qeyd edim ki, əvvəllər dövlət Xəzər dənizinin suyunun artması-azalması ilə bağlı tədbirlər həyata keçirirdi. Məsələn, kanallar tikirdi, suvarmalar yaradırdı. İndi də dövlət yaranmış vəziyyətlə bağlı ciddi araşdırmalar aparmalı, işlər görməlidir".