XI Qlobal Bakı Forumunun ikinci günü başlayıb
Mart 15
10:07
2024
XI Qlobal Bakı Forumunun ikinci günü panel iclasları ilə davam etdirilir.
"Report" xəbər verir ki, "Parçalanmış dünyanın bərpası” mövzusunda keçirilən forumun ikinci günündə COP29-a hazırlıq məqsədilə qlobal müzakirələr aparılacaq, o cümlədən iqlim, səhiyyə, qida və nüvə təhlükəsizliyi problemlərinə toxunulacaq. Eyni zamanda, qlobal idarəetmədə hərbi və iqtisadi ittifaqların rolundan bəhs ediləcək.
Qeyd edək ki, XI Qlobal Bakı Forumuna bir çox ölkələrin, eləcə də nüfuzlu beynəlxalq təşkilatların nümayəndələri qatılıblar.
Forumda 70-dən artıq ölkədən 350-dən çox qonaq iştirak edir.