XİN: ABŞ İrana qarşı yanlış yanaşmanı dəyişdirməlidir
İyun 03
01:14
2019
Vaşinqton Tehrana qarşı yanlış yanaşmanı dəyişdirməlidir.
Bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Abbas Musavi ABŞ dövlət katibi Mayk Pompeonun bəyanatını şərh edərkən deyib.
A.Musavi bildirib: "Cənab Pompeonun İrana qarşı maksimal təzyiqi təsdiq etməsi onu deyir ki, ABŞ yanlış yanaşmağa davam edir və onlar bu yanaşmanı dəyişməlidirlər".
Qeyd edək ki, daha əvvəl ABŞ dövlət katibi Mayk Pompeo İsveçrədə mətbuat konfransı zamanı Vaşinqtonun ilkin şərtlər irəli sürmədən İranla danışıqlara hazır olduğunu bildirib.
Bundan əlavə M.Pompeo qeyd edib ki, ABŞ İranın "pisniyyətli siyasətinə" qarşı çıxmağa davam edəcək.