XİN-in idarə rəisi BƏƏ səfiri ilə iqtisadi əməkdaşlığın perspektivlərini müzakirə edib
May 17
08:06
2024
Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Elmar Məmmədov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşini qəbul edib.
Xatırladaq ki, Məhəmməd Əl Bluşi 2022-ci ilin aprelindən BƏƏ-nin Azərbaycandakı səfiridir.
"Report” xəbər verir ki, bu barədə Yaxın Şərq ölkəsinin diplomatik missiyasının mətbuat xidməti bildirib.
"BƏƏ-nin Azərbaycandakı səfiri Zati-aliləri Məhamməd Əl Bluşi Xarici İşlər Nazirliyinin İqtisadi əməkdaşlıq idarəsinin rəisi Zati-aliləri Elmar Məmmədov ilə görüşüb, iki ölkə arasında müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın perspektivləri müzakirə edilib”, – paylaşımda qeyd olunub.