SON XƏBƏR

Xocalı faciəsi filmi İndoneziyanın dövlət mükafatına layiq görülüb

Noyabr 28
13:34 2016
"Sonsuz dəhliz” filmi Xocalı hadisələrinin qurbanlarından bəhs edir

Noyabrın 26-da Balidə (İndoneziya) Cakartada keçirilmiş "Sülh, Humanizm, Bərabərlik 2015” beynəlxalq festivalının qalibi olan kinematoqrafçılara İndoneziya dövlət mükafatlarının təqdim olunması mərasimi keçirilib.
 
Festivalın laureatları arasında Litvadan olan tanınmış prodüser və rejissor, "Sonsuz dəhliz” sənədli filminin müəllifi Aleksandras Brokas da olub.
 
Üç nominasiya üzrə festivalın mükafatını qazanan film Xocalı faciəsindən bəhs edir. Dövlət mükafatında deyilir ki, filmin müəllifi yüksək humanizm ideyalarınnı təbliğinə və qorunmasına görə ali mükafata layiq görülür.
 
Mükafatı təqdim edən Bali kralı Anak Aqunq Baqus Suteqca deyib ki, "Sonsuz dəhliz” filmi insanlıq kimi, insan kədərinin də sərhəddinin olmadığını göstərir.
 
Bu mükafatla yanaşı A.Brokas yüksək humanizm ideyaları xadimi fəxri adını və "mədəniyyətə verdiyi töhfəyə görə” mükafatını alıb.
 
A.Brokas Amerikanın Səsinə bildirib ki, onun əməyinin belə qiymətləndirilməsi barış və tolerantlığın dəyərli olduğunu dünyaya xatırlatmaq, sülhə yolun mədəniyyətdən keçdiyinin vacibliyini göstərmək üçün imkandır.
 
Brokasın filmi indiyədək onlarla nüfuzlu festivalda mükafat alıb. Onların arasında Amerikanın "Kiçik Oskar”, İspaniyanın "ən yaxşı sənədli film” və "ən yaxşı rejissor işi”, İtaliyanın ən yaxşı kinomontaj işi” mükafatları da var. (amerikaninsesi.org)





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook