SON XƏBƏR

Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti müəyyənləşdi

Mart 18
12:32 2024
Xocalıda kütləvi məzarlıqda tapılan daha bir nəfərin şəxsiyyəti məlum olub.

Bunu Baş prokurorluğun kriminalistika şöbəsinin rəisi Orxan Rzayev Xocalıda aşkar edilmiş kütləvi məzarlığa dair brifinqdə çıxışı zamanı deyib.

Şöbə rəisi bildirib ki, meyiti tapılan şəxslərdən 9 nəfərin kimliyi müəyyən olunub: "Kütləvi məzarlıqda tapılan qalıqların Xocalı sakini, 1952-ci il təvəllüdlü Şiraslan Məmiş oğlu Nəcəfova aid olduğu müəyyənləşib”.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook