SON XƏBƏR

Xocavəndin Tsakuri kəndinin adı dəyişdirildi

Noyabr 20
13:07 2020
Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının Xocavənd rayonunun Tsakuri kəndinin Hünərli kəndi adlandırılması haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

"Report"un xəbərinə görə, qanun layihəsi barədə Milli Məclisin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

O bildirib ki, layihə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə Milli Məclisə göndərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook