Xoşbəxt Yusifzadə: Azərbaycan indiyədək AÇG-dən 258 milyon ton mənfəət nefti əldə edib
May 31
16:24
2018
Azərbaycan indiyədək "Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarından 258 milyon ton mənfəət nefti əldə edib.
Bu barədə Bakıda keçirilən XXV "Caspian Oil and Gas” konfransında SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə deyib.
"Artıq 19 ildir ki, "Azəri-Çıraq-Günəşli” layihəsinin iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. İşlənmənin əvvəlindən 2018-ci il mayın 1-dək dünya bazarında Azərbaycanın payına düşən 258 milyon ton mənfəət nefti satılıb. Bu da dünya bazarında realizə olunmuş bütün mənfəət neftinin 60 faizini təşkil edir", - deyə SOCAR-ın rəsmisi bildirib.