“Xudafərin” və “Qız Qalası” SES-lərin inşası 2024-cü ilə qədər tamamlanacaq
Oktyabr 20
11:13
2021
"Dayanıqlı enerji təminatı üçün böyük potensiala malik "Xudafərin”, "Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyaları (SES) layihələrinin icrası uğurla irəliləyir".
"Report”un məlumatına görə, bunu Energetika naziri Pərviz Şahbazov "Respublika” qəzetində "20 oktyabr Energetiklər Günü”nə həsr edilmiş "Azərbaycan energetikasının yeni dövrü Qarabağ və Şərqi Zəngəzurdan başlayır” adlı dərc olunan məqaləsində bildirib.
Onun sözlərinə görə, "Xudafərin” və "Qız Qalası” hidroqovşaqlarına aid bəndlərin tikintisi tamamlanıb: "Hazırda hər iki SES-in qurğu və avadanlıqlarının alınıb quraşdırılması, həmçinin tikintiyə çəkilmiş xərclərin, dəymiş ziyanın həcminin hesablanması ilə bağlı müzakirələr davam etdirilir”.