Xumar Qədimovadan etiraf- müəllimi ilə gizli eşq yaşayıb
İyul 30
09:56
2016
Müğənni Xumar Qədimova tələbəlik illəri iə bağlı maraqlı açıqlama verib. Aznews.az-a müsahibəsində X.Qədimova bildirib ki, özündən yaşca böyük olan müəllimi ilə imkansız eşq yaşayıb:
"Tələbəlik vaxtı universitetdə müəllimimə vurulmuşdum. Tanınmışdır, amma adını deməyəcəyəm. (gülür). O da mənə vurulmuşdu. Amma təbii ki, sevgimiz kənardan-kənara bir-birimizə aşiq olmaqla bitdi. Onun dərslərini yaxşı oxuyurdum, hətta bir dəfə imtahan günü uşaqlar da hiss eləmişdi ki, müəllim mənə laqeyd deyil. Mən hisslərimi gizlədə bilirdim, amma o, gizlətməyi bacarmırdı. Uşaqlar mənə deyirdi ki, imtahana birinci sən gir, qoy müəllim səni görüb ürəyi açılsın, bizə də yaxşı qiymət yazsın. (gülür). Yaşca məndən çox böyük idi. Amma onu heç bir gəncə dəyişməzdim. Dəhşət sevirdim. Gözüm heç bir gənci görmürdü. Yeni ildə, bayramlarda hamı rayona gedirdi, mən isə ona görə Bakıda qalırdım...Bir-birimizə toxunmamışdıq. Sadəcə, onun olduğu şəhərdə rahat olurdum. Rayona getsəydim, bircə gün də dözə bilməzdim".
Qlobal.az