XX əsrin rəssamlarının əsərləri təqdim olunub
May 30
17:59
2018
"Mayın 26-da Heydər Əliyev Fondunun təşkilatçılığı ilə İ.Y. Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda "Müəllimlər və tələbələr” sərgisi açılıb. Tisianovki zalında Elmi Araşdırmalar Muzeyinin toplusundan 50-70-ci illərin diplom işləri, Rafaelevski zalında isə V.F. Pustarnakovun Realistik İncəsənət Fondunun məcmusundan XX əsrin rəssamlarının əsərləri təqdim olunub”,- deyə V.F. Pustarnakovun Realistik İncəsənət Fondunun rəhbəri və "Müəllimilər və tələbələr” sərgisinin kuratoru Yekaterina Sapoqova bildirir.
"Müəllimlər və tələbələr” projesi – müasir sərgi fəaliyyətində bənzərsiz bir haldır. İzləyicilərin diqqətinə Elmi Araşdırmalar Muzeyinin toplusundan rəsmlər, V.F. Pustarnakov Fondunun məcmusundan Sankt-Peterburq və Moskva şəhərlərinin görkəmli rəssamlarının müstəqil işləri və İ.Y. Repin adına Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunun professor və müəllimlərinin işləri təqdim olunacaq. Sərgiyə daxil olmuş rəsmlər, portretlər, natürmortlar, mənzərələr, 100-dən artıq realist rəssamların vaxtı, məqsədləri, yaradıcılıq axtarışları haqqında dəqiq təsəvvür yaradır. Coşqun və zəngin rənglərlə dolu faktura əsərləri doğma torpağa olan sevgidən, gündəlik işlərdən, adi şadlıqlardan, önəmli tarixi olaylardan bəhs edir. Bundan başqa, sərgiyə qatılanları birləşdirən onların ustalığı və olduqca yüksək səviyyədə olmalarıdır. Oradakı bütün müəlliflər öz şəxsi və tanınan bədii üslubu yaradaraq realizm sənətinə yeni bir şey gətirə bilmişlər. Bu sərgi onunla da maraq çəkir ki, biz müəllimlərin və istedadlı şagirdlərinin yaradıcılıq yollarını izləyə bilirik. Onlardan bəziləri sonradan nəinki layiqli rəssam olmuşlar, həm də özlərini pedaqoji fəaliyyətdə belə sınamışlar. Nəsillərin qırılmaz əlaqəsi bu cür göstərilir, ən gözəl ustalıq ənənələri, peşakar sirlər, və ən başlıcası, incəsənətin doğru anlayışı və dərin anlamı rəssamdan rəssama bu cür diqqətlə ötürülür. Belə miqyaslı "Müəllimlər və tələbələr” sərgisi Azərbaycan Respublikasının 100 illiyi və görkəmli rəssam T.Salahovun 90 illiyinin qeyd edildiyi il ilə üst-üstə düşməsi faktı da çox önəmli bir haldır və bizə xoşdur” deyə Yekaterina Sapoqova danışır.
Rusiya Rəssamlıq Akademiyası yanında Elmi Araşdırmalar Muzeyindən sonra 2018-ci ilin payız aylarında sərgi Bakı şəhərinin Heydər Əliyev Mərkəzinin sərgi zalında göstəriləcək. Oradakı rəsmlərə Heydər Əliyev Fondunun məcmusundan Azərbaycan rəssamlarının əsərləri də əlavə ediləcək.
2019-cu ilin əvvəllərində isə sərgini Moskvadakı Rusiya Rəssamlıq Akademiyasının zalında moskvalı izləyicilər görə biləcəklər.
Layihəni Rusiya Rəssamlıq Akademiyası yanında Elmi Araşdırmalar Muzeyi, V.F. Pustarnakovun Realistik İncəsənət Fondu,
Heydər Əliyev Fondu, Heydər Əliyev Mərkəzi"İmperator rəssamlığın təşviqi toplumu” Fondudur.
Layihənin kuratorları Veronika, Boqdan, Emin Məmmədov, Yekaterina Sapoqova, Mariya Filatovadır.