SON XƏBƏR

Yadplanetlilər Yer kürəsinə səfərlər edir? - Pentaqon məxfi məlumatları açıqladı

Mart 09
11:01 2024
ABŞ Müdafiə Nazirliyi (Pentaqon) yadplanetlilərin Yer kürəsini nə vaxtsa ziyarət etdiyinə dair heç bir sübut tapmayıb. 

Qaynarinfo xəbər verir ki, bu barədə Pentaqonun yerdənkənar kəşfiyyatların axtarışı bölməsi - All Areas Anomaly Resolution Office-nin (AARO) ABŞ hakimiyyət orqanlarının naməlum anomal hadisələrin tədqiqi ilə bağlı fəaliyyəti haqqında hesabatında deyilir.

Sənəd ABŞ-da aparılan bütün rəsmi UFO araşdırmalarına, eləcə də məxfi və açıq dövlət arxivlərinin müvafiq məzmununa ümumi baxışı təqdim edir. Mətndə qeyd edilir ki, Pentaqonun UFO-lar və iddia edilən yadplanetli gəmilər haqqında hesabatları əslində şahidlər tərəfindən "yanlış identifikasiyanın nəticəsidir". 

"Bütün məxfilik səviyyələrində aparılan araşdırmalar göstərdi ki, UFO müşahidələrinin əksəriyyəti əslində adi obyektlər və hadisələrlə bağlı olub və eyni zamanda yanlış identifikasiyanın nəticəsidir", deyə hesabatda qeyd edilir.

Pentaqon da Amerika hakimiyyətinin uzun illər UFO-ları aşkar etmək və öyrənmək üçün proqram hazırlayıb gizlətdiyini təsdiqləməyib. Belə ki, departament ABŞ kəşfiyyatının keçmiş əməkdaşı Devid Qraşın ölkə hakimiyyətinin onilliklər ərzində UNO-ların öyrənilməsi proqramını gizlətməsi barədə dediklərini təkzib edib.

"AARO bu günə qədər təqdim etdiyi bütün məlumatlara əsaslanaraq müəyyən edib ki, konkret insanlara, məlum yerlərə, texnoloji sınaqlara və yerdənkənar texnologiyanın tərs mühəndisliyi ilə bağlı olduğu iddia edilən sənədlərə aid ifadələr qeyri-dəqiqdir", deyə hesabatda bildirilir.

2023-cü ilin iyulunda Devid Qraş ABŞ Nümayəndələr Palatasının Nəzarət və Hesabat Komitəsinin dinləmələrində bildirib ki, Amerika hakimiyyəti qəzalarda iştirak edən "naməlum hava hadisələrini" aşkar etmək və onların sonrakı inkişafını aşkar etmək üçün gizli proqram hazırlayıb.


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook