“Yalan əqd” ilə xərclərin artırılmasının qarşısı alınacaq
Noyabr 14
11:36
2019
Milli Məclisdə Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi müzakirə edilir.
Vergi Məcəlləsinə "yalan əqd” ifadəsi və ifadənin açılışı daxil edilir.
Yalan əqd – vergi nəzarəti tədbiri zamanı aşkarlanan, başqa əqdi pərdələmək məqsədilə bağlanan, habelə faktiki olaraq mallar, işlər və xidmətlər təqdim edilmədən mənfəət əldə etmək məqsədilə əməliyyatların rəsmiləşdirildiyi əqddir;
Yalan əqd üzrə benefisiar (faydalanan şəxs) – yalan əqd bağlamaqla mənfəət əldə etmək məqsədilə həyata keçirilən fəaliyyət üzrə faktiki olaraq gəlir əldə edən, habelə yalan əqd bağlamaqla mənfəət (gəlir) əldə edən hüquqi şəxsin faktiki sahibi və ya yalan əqd bağlamaqla gəlir əldə edən vergi ödəyicisinə nəzarəti həyata keçirən fiziki şəxs;