Yanukoviç Zelenskiyə müraciət etdi: “Rusiya ilə razılaş”
Mart 09
01:38
2022
"Şəxsən siz nəyin bahasına olursa-olsun qanı dayandırmağa borclusunuz”
Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç indiki prezident Vladimir Zelenskiyə müraciət edib.
Yanukoviç Zelenskini "nəyin bahasına olursa-olsun” Ukraynada qan tökülməsini dayandırmağa və Rusiya ilə sülh razılaşmasına nail olmağa çağırıb.
Məlumatı RİA Novosti yayıb.
V. Yanukovin 2014-cü ildə Maydan hərəkatı zamanı ölkədə qan tökülməsinin qarşısını almaq üçün özünü və hakimiyyətini qurban verdiyini vurğulayıb: "Mən çox yaxşı başa düşürəm ki, sizin çoxlu "məsləhətçilər”iniz var. Ancaq şəxsən siz nəyin bahasına olursa-olsun qanı dayandırmağa və sülh razılaşmasına nail olmağa borclusunuz. Ukraynada, Donbasda və Rusiyada sizdən gözlənilən budur”.
Ötən gün Belarusun paytaxtı Minskə gəldiyi deyilən Viktor Yanukoviç 2010-2014-cü illərdə Ukrayna Prezidenti olub.
O, 2014-cü ildə Kiyevdəki kütləvi etirazlardan sonra Rusiyaya qaçıb.
2019-cu ilin yanvarında Kiyev məhkəməsi onu vətənə xəyanətdə, həmçinin "Ukraynaya qarşı təcavüzkar müharibə aparmaqda” ittiham edib.
Məhkəmə Yanukoviçi qiyabi olaraq 13 il həbs cəzasına məhkum edib. Ancaq V.Yanukoviç bunları rədd edərək özünü günahkar saymır.