SON XƏBƏR

Yanvar-iyunda dəmir yolu ilə yük daşınmasında 2 faiz artım olub

İyul 21
15:50 2017
Dəmir yolu nəqliyyatı ilə 2017-cı ilin yanvar-iyun ayında 7,2 milyon ton yük, 1,2 milyon sərnişin daşınıb.
 
Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən bildirilib ki, 2016-ci ilin eyni dövrü ilə müqayisədə yük daşınmasında 2 faiz, sərnişin daşınmasında isə 34,5 faiz artım müşahidə olunub.
 
Orta hesabla sutkada 360 vaqon yüklənib, 415 vaqon isə boşaldılıb.
 
Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 13,7 min ton, qərb istiqaməti üzrə 5,2 min ton, cənub istiqaməti üzrə isə 0,9 min ton yüklənmə işi yerinə yetirilib.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook