SON XƏBƏR

Yanvar-may aylarında 85,6 milyon ton yük və 749,2 milyon sərnişin daşınıb

İyun 17
23:22 2016
Nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və fiziki şəxslər tərəfindən 2016-cı ilin yanvar-may aylarında 85,6 milyon ton yük və 749,2 milyon sərnişin daşınıb.
 
Dövlət Statistika Komitəsindən bildiriblər ki, 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə yük daşınması 3,0 faiz azalıb, sərnişin daşınması isə 1,8 faiz artıb. Yük daşınmasında müşahidə olunan gerilik dəmir yolu, dəniz və boru kəməri nəqliyyatı daşınmalarında azalmalarla bağlı olub. Yüklərin 61,8 faizi avtomobil, 28,9 faizi boru kəməri, 6,7 faizi dəmir yolu, 2,5 faizi dəniz, 0,1 faizi isə hava nəqliyyatı ilə daşınıb.
 
Sərnişinlərin 87,6 faizi avtomobil, 12,2 faizi metro, qalanları isə digər nəqliyyat növləri ilə daşınıb.




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook