SON XƏBƏR

Yanvar-oktyabrda əsas kapitala 12536,5 milyon manat vəsait yönəldilib

Noyabr 18
16:10 2017
2017-ci ilin yanvar-oktyabr aylarında əsas kapitala 12536,5 milyon manat məbləğində, yaxud 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 3,0 faiz az vəsait yönəldilib.
 
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, istifadə olunmuş vəsaitin 9680,7 milyon manatı və ya 77,2 faizi məhsul istehsalı obyektlərinin, 2109,1 milyon manatı (16,8 faizi) xidmət sahələri üzrə obyektlərin, 746,7 milyon manatı (6,0 faizi) isə ümumi sahəsi 1399,5 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.
 
Əsas kapitala yönəldilmiş vəsaitlərin 5260,2 milyon manatını və ya 42,0 faizini daxili vəsaitlər təşkil edib.
 
Əsas kapitala yönəldilmiş vəsaitlərin 9157,9 milyon manatı və ya 73,0 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook