Binəqədi rayon təşkilatının sədri YAP-dan xaric ediləcək (RƏSMİ)
Sentyabr 08
19:55
2021
Xəbər verdiyimiz kimi, Yeni Azərbaycan Partiyası Binəqədi Rayon Təşkilatının sədri Ramiz Göyüşovun pornoqrafik videosu yayılıb.
"Sosial şəbəkələrdə yayılmış Ramiz Göyüşovun heç bir əxlaqi normalara sığmayan videogörüntüləri ilə bağlı böyük təəssüf hissi keçirir və hiddətlə qınayaraq bildiririk ki, onun YAP Binəqədi rayon təşkilatının sədri kimi səlahiyyətlərinə cari ilin 30 iyun tarixində keçirilmış hesabat konfransında artıq xitam verilib. YAP Binəqədi rayon təşkilatının yeni sədrinin təyinatı ilə yanaşı R.Göyüşovun ümumiyyətlə partiya sıralarından xaric edilməsi məsələsinə isə YAP İdarə Heyətinin 10 sentyabr tarixində keçiriləcək iclasında baxılacaq” – deyə, Elməddin Quliyev qeyd edib.
Qlobal.az