YAP-ın Qubadan deputatlığa namizədinin 10 milyon borcu var? - Foto
İyul 30
11:23
2024
Ötən həftənin sonu VI çağırış Milli Məclisin üzvü Vahid Əhmədov deputatlığa namizədliyini geri götürdüyünü açıqladı.
O bildirib ki, 59 saylı Quba seçki dairəsinə müraciət edərək könüllü şəkildə namizədliyini geri götürüb: "Kifayət qədər yaşım var. Ailəm və yaxınlarım mənə istirahət etməyi tövsiyə ediblər”.
Tribunainfo.az dəqiqləşdirib ki, həmin dairədən YAP-ın namizədi Məhərrəmzadə Əlibala Səttar oğludur.
Sərbəst auditor olan Əlibala Məhərrəmzadə hazırda "Kaspian Audit Kompani” MMC-nin direktorudur.
Bir neçə iqtisadi mövzulu kitabların müəllifidir. Azərbaycan Yazıçılar Birliyinin üzvüdür. Ukrayna Milli Elmlər Akademiyasının və Ukrayna Yazıçılar Birliyinin fəxri üzvüdür.
Bu mövzuda gununsesi.info yazıb ki, rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı "Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir: "Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb. Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var”. Özü deyiblər təkzib edib və bildirib ki, deputat olarsa, biznes fəaliyyətini dayandıracaq.
Qlobal.az