“Yapı Kredi Bank Azərbaycan” müştərilərini aldadır - FOTOFAKT
Oktyabr 25
07:26
2017
"Yapı Kredi Bank Azərbaycan”ın layihəsi olan "WorldCard” plastik (taksit) kartlarının müştəriləri bankın kartla bağlı apardığı yeni siyasətdən narazılıq edirlər.
"Yapı Kredi Bank Azərbaycan” manatın devalvasiyasından sonra "WorldCard” plastik kartlarından nəğd pul çəkilişinə tam şəkildə blok qoyub. Ancaq müştərilərin narazılığından sonra bank nəğd avans limitini 50%-dən 10%-ə endirilib.
Müştərilər bankdan "WorldCard” plastik kartlarını alarkən bankla müştəri arasında müqavilə bağlanılıb və müqavilədə kart limitinin 50%-nin nəğd pul kimi istifadə edə biləcəyi qeyd olunur.
Qeyd etdiyimiz kimi müqavilədə 50% limit qoyulduğu halda bankın müştərilərindən xəbərsiz limit faizini azaltması ciddi narahatçılığa səbəb olub.
"Yapı Kredi Bank Azərbaycan”ın müştərisi olan jurnalist Zaur Xudiyev Ölkə.Az-a bildirib ki, adıçəkilən bankın layihəsi olan "WorldCard” plastik kartlarının xeyli vaxtdır istifadəçidir:
"Bu vaxta qədər bir problemimiz olmamışdı. Ancaq son iki ayda nağd pul çəkməmə bank tərəfindən blok qoyulub. Heç vaxt ödənişimi gecikdirməmişəm, hər zaman nümunəvi müştəri olmuşam. Bununla bağlı bankın şöbələrindən birindən soruşdum ki, bu nə ilə əlaqədardı? Cavab verdilər ki, bu müvəqqəti haldır. Dünən isə şöbələrin birində dedilər ki, nağd avans limiti 50 %-dən 10%-ə endirilib. Səbəbini soruşuram, deyirlər ki, devalvasiya ilə bağlıdır. Kartı götürərkən bankla aramızda müqavilə var, onlar müqavilənin müştəridən xəbərsiz necə poza bilir anlamıram.” – deyə Z.Xudiyev bildirib.
Məsələ ilə bağlı ekspert Əkrəm Həsənovla müraciət etdik. O, bildirdi ki: "”Yapı Kredi Bank Azərbaycan”ın etdiyi tam qanunsuz bir hərəkətdir. Əgər müqavilədə yazılıbsa ki, bank müştəriyə xəbər vermədən hansısa şərti dəyişə bilər, bu halda bankın etdiyi qanunsuz olmazdı. Müqavilədə elə bir bənd yoxdursa bankın etdiyi çox ciddi qanun pozuntusudur. Bankın etdiyi müqavilə şərtinin bir tərəfli qaydada dəyişdirməkdir. Bir tərəfli qaydada dəyişdirmək isə ancaq müqavilənin şərtində olarkən mümkündür”.

Mövzuya yenidən qayıdacağıq.
Qlobal.Az