SON XƏBƏR

Yaponiya G20 ölkələri Xarici İşlər nazirlərinin görüşünə daha 9 ölkəni dəvət edib

Oktyabr 04
10:38 2019
Yaponiya hökuməti G20 ölkələri Xarici işlər nazirlərinin Naqoya şəhərində keçiriləcək görüşünə daha doqquz ölkənin nümayəndələrini dəvət edib.

Oktyabrın 4-də Yaponiya Xarici İşlər Nazirliyindən AZƏRTAC-ın bu ölkədəki bürosuna verilən məlumata görə, noyabrın 22-23-də keçiriləcək görüşdə İspaniya, Çili, Vyetnam, Misir, Niderland, Yeni Zelandiya, Seneqal, Sinqapur və Tailandın Xarici işlər nazirləri də iştirak edəcəklər.

Xatırladaq ki, Yaponiya cari ildə G20 ölkələrinin toplantısına sədrlik edir. G20 ölkələri liderlərinin iyunun 28-29-da Osaka şəhərində keçirilən sammiti isə bu ölkə ərazisində təşkil edilən ilk belə tədbir olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook