SON XƏBƏR

Yaponiya İsrailin Qolan təpələri üzərində suverenliyini tanımır

Aprel 11
11:43 2019
Yaponiya İsrailin Qolan təpələri üzərində suverenliyini tanımır və bu barədə ABŞ hökumətini xəbərdar edib. Bunu Yaponiyanın xarici işlər naziri Taro Kono parlamentin aşağı palatasının xarici işlər komitəsindəki çıxışı zamanı bildirib.

Nazir qeyd edib ki, Yaponiya Qolan təpələrinin İsrail tərəfindən ilhaqını tanımır və ABŞ-ın yəhudi dövlətinin bu ərazilər üzərində suverenliyini tanıması BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə ziddiyyət təşkil edir.

T.Kono deyib ki, o, Yaponiyanın məsələ ilə bağlı mövqeyini ötən həftə Fransada keçirilən G7 ölkələri xarici işlər nazirlərinin görüşü zamanı ABŞ dövlət katibinin müavini Con Sallivana çatdırıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook