Yaponiya Rusiyaya yeni sanksiyalar tətbiq etdi – Onlarla iş adamı və şirkət “qara siyahı”ya salınıb
Mart 01
12:52
2024
Yaponiya Ukraynada müharibədə iştirak edən rusiyalılara və təşkilatlara qarşı iqtisadi sanksiyaları genişləndirib. Məhdudiyyətlərə 12 fiziki və 36 hüquqi şəxs, o cümlədən "Tinkoff Bank” daxildir. Qeyd olunur ki, Yaponiya bu bankın aktivləri martın sonunda donduracaq.
Sanksiya siyahısına "Kalaşnikov”, "Almaz-Antey”, "Uralvaqonzavod”, "Atomflot” konsernləri, həmçinin "Aurora” və "İmpuls” elmi-istehsalat birlikləri də əlavə edilib.
Sanksiyalar həmçinin Çeçenistan, Kaluqa və Rostov vilayətlərinin uşaq hüquqları üzrə ombudsmanlarına, Krasnoyarsk diyarının keçmiş qubernatoru Artyom Ussun oğluna qarşı da tətbiq edilib. Onlarla maliyyə və ticarət əlaqələri qadağandır.
Azpolitiko.info