Yaponiyanın Atom Elelktrik Stansiyasının ikinci reaktoru da bağlandı - Terror
May 20
11:49
2020
Terrorla mübarizə tədbirlərini gücləndirmək məqsədi ilə cənub-qərbdəki Kaqoşima prefekturasındakı "Senday” atom elektrik stansiyasının ikinci reaktoru da bağlanıb.
Məlumatda deyilir ki, bağlanmadan təxminən 12 saat əvvəl reaktorun gücü azaldılıb və daha sonra elektrik şəbəkəsindən ayırılıb. Şirkət bu ilin sonunadək hava hücumu da daxil olmaqla, terror hücumu halında təhlükəsizliyin gücləndirilməsi üçün işləri başa çatdırmaq niyyətindədir. Bundan sonra, operator Yaponiya Nüvə Tənzimləmə Komissiyasının təsdiqini təmin etməyi və gələn ilin yanvar ayında reaktoru yenidən işə salmağı planlaşdırır.
Qeyd edək ki, mart ayında "Senday” AES-in ilk reaktoru oxşar məqsədlə bağlanıb. Orada təhlükəsizliyi gücləndirmək üçün bənzər tədbirlərin daha əvvəl başa çatdırılması və dekabr ayında yenidən işə salınması planlaşdırılır.